Revizion artroplastika
Süni diz oynaqları uzun müddət istifadəyə yararlı və təhlükəsiz olmalarına baxmayaraq bir sıra səbəblərdən zəifləyə və ya zədələnə bilirlər.Zamanla diz implantlarının böyük qismi dəyişikliyə məruz qalır.Əgər oynağın funksiyası yəni əzələ funksiyası ,sümük strukturu, bağ və yumşaq toxuma komponentləri sağlam deyilsə implant dəyişilməsi də böyük texniki çətinlik hesabına yaranır.Əlbəttə siz bizim təcrübəli komandamıza güvənə bilərsiz – çünki revizion implantasiyalar xüsusi yanaşma tələb edən hallardır.
Aşkarlamaq
Diz implantasiyasında uzun müddətli əla üz güldürücü nəticə almaq üçün təcrübəli cərrah tərəfindən əməliyyatın icrası və keyfiyyətli diz implantlarının tətbiqi ilə mümkündür.Əgər diz implantasiyasından sonra diz oynağında ağrı yaranırsa bunun diaqnostikası dəqiq aparılmalı və ağrının yaranma səbəbi dəqiq müəyyən edilməlidir.
İnfeksiya
Diz implantını əhatəsində olan bütün yumşaq və sərt sümük toxumaları eyni zamanda diz implantının özü mikroblarla və bakteriyalarla infeksiyalaşa bilər.Əgər diz implantı infeksiya ilə yoluxursa implantatın təcili xaric edilməsi lazım gələ bilir. İnfeksion prosesin sönməsindən sonra yenidən xüsusi növ implantasiya ilə diz oynağına funsksiya vermək mümkündür.
Mexaniki zədələnmə
Diz oynağının sərt -gərgin şəkildə implantasiyası oynaq komponentlərinin erkən aşınmasına və implant zəifləməsinə səbəb olan başlıca faktordur.
Sümük sınıqları
Diz implantasiyası zamanı və ya implantasiya əməliyyatından sonra uğursuz və xoşagəlməz hallar nəticəsində diz oynağını yaradan sümüklərdə sınıqlar yarana bilər . Bütün bu hallarda sonrakı fasad olaraq diz oynağında ağrı və hərəkət məhdudluğu yarana bilir ki , bunlarında çözümü imlant yenilənməsi ilə ola bilir.
Əlamətlər
Diz oynağı implantlarının zəifləməsi diz oynağında ağrı və oynaq funksiyasının məhdudlaşmasını yarada bilir. Ağrılar bəzən ətarfın sakit vəziyyətində da ola bilər. Başqa bir əlamət kimi diz nahiyyəsində şişlik və hərarətin yüksəlməsi ola bilər.Əgər umumi bədən hərarətində yüksəlmə ,, umumi zəiflik və digər iltihab əlamətləri yaranarsa bu oynağın bakterial infeksion prosesə tutulduğunun göstəricisi ola bilər.
Diaqnostika
Diz oynağı implantasiya əməliyyatından əvvəl çəkilən rentgen şəkillərlə hansı tip implantın hansı ölçüdə necə fiksasiya olunmasını müəyyən etmək olur. Oynağın anatomik oxları insanlar yeridilərək müəyyən edilir. Bütün toxuma və strukturlar qorunduğu hallarda diz implantasiyası ciddi texniki çətinlik yaratmır və uğurla həyata keçirilir.
Konservativ müalicə
Əgər ağrıkəsici müalicə nəzərə alınmazsa bu tip xəstələrdə hər hansı ciddi konservativ müalicə üsulu tətbiq edilmir.
Cərrahi müalicə
Diz oynağına cərrahi kəsik köhnə əməliyyat kəsiyi ilə həyata keçirilir və oynağın zədələnmiş komponentləri ətraf strukturalara minimum zərər verəcək şəkildə çıxarılır.Köhnə sümük sementi təmizlənir və bağların balansı təmin edilir. Oynaq funksiyası əvvəl prob implantlarla daha sonra həqiqi implantlarla bərpa edilir.
